Ru
22:16 / 21 Noyabr 2022

Vasif Talıbov YAP-ın yubileyinə qatılmadı - Nə baş verir?

9485
Xəbər verdiyimiz kimi, bu gün Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasından 30 il ötməsi münasibətilə Heydər Əliyev Mərkəzində tədbir keçirilib. Tədbirə YAP üzvləri ilə yanaşı, digər partiyaların sədrləri də qatılıblar.


Bakupost.az xəbər verir ki, Yeni Azərbaycan Partiyası İdarə heyətinin üzvü, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov isə tədbirə qatılmayıb.


Qeyd edək ki, tədbirdə Prezident Administrasiyasının və Azərbaycan Milli Elmlər Akademiyasının sabiq rəhbəri Ramiz Mehdiyev də iştirak etməyib.


R.Mehdiyevə hakim komandada kəskin mənfi münasibət fonunda onun YAP yubileyində görünməməsi haradasa başadüşüləndir, amma Naxçıvan Muxtar Respublikası (NMR) Ali Məclisinin sədri, YAP İdarə Heyətinin üzvü Vasif Talıbovun yubiley tədbirində gözə dəyməməsi, sözün əsl mənasında sensasiyadır. Tədbirdən foto və videogörüntülərdə V.Talıbov görünmür. Həmçinin, tədbirə qonaq qismində dəvət olunanlar da MR rəhbərinin yubileydə iştirakını təsdiq emirlər. Baxmayaraq ki, V.Talıbovun dünən Naxçıvandan Bakıya gəldiyi haqda məlumatlar verilirdi.

Azpolitika.info yazır ki, əgər həqiqətən də V.Talıbov YAP-ın 30 illik yubiley tədbirinə dəvət olunmayıbsa, bu, MR rəhbərinin son zamanlar ciddi problemlərinin yarandığı haqda məlumatların birbaşa təsdiqi sayıla bilər. Bundan əvvəl MR-in sabiq MTN naziri Vəli Ələsgərovun Ali Məhkəmənin gözlənilməz qərarı ilə dərhal həbsdən buraxılması V.Talıbovun hakimiyyət daxilindəki mövqeyini sual altına salmışdı. Əksəriyyətin fikri budur ki, Talıbovun şəxsi düşməninin onun iradəsinə zidd olaraq həbsdən buraxılması təsadüf ola bilməzdi. Bunun ardınca YAP-ın yubiley tədbirində də görünməməsi MR rəhbərinin ətrafında hansısa ciddi proseslərin getdiyi haqda şübhələri təsdiqləmiş oldu.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin

Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər