Bir müddət əvvəl verilişi bağlanan aparıcı Xoşqədəm Baxşəliyeva sosial media hesabında maraqlı paylaşım edib.
Bakupost.az Yeni Sabah-a istinadən xəbər verir ki, o, öz həyətində kartof əkdiyini bildirib.
Aparıcı həmçinin video yayımlayaraq kartofla yanaşı həyətində müxtəlif meyvə, tərəvəz və gül-çiçək əkini ilə məşğul olduğunu da deyib.
Qeyd edək ki, Azərbaycan televiziyalarında son vaxtlar bayağı verilişlərin artması, etik normaların pozulması ciddi narazılıqlara səbəb olub. Bununla bağlı bir neçə verilişin yayımı dayandırılıb. Həmin siyahıda X.Baxşəliyevanın təqdimatında ARB telekanalından yayımlanan “Səni axtarıram” verilişi də var.
Yəni bu məşhurlar kartof da yeyirlər?
Verilişi bağlayıblar, başa düşdük, insanı işsiz niyə qoyublar, ixtisar edilib, yoxsa kanalda uyğun bir iş tapılmayıb?