Ru
12:58 / 06 Aprel 2024

"Vicdanlı", "günahkar" sözləri qanunlardan çıxarılsın! - VİDEO

"Vicdanlı", "günahkar" sözləri qanunlardan çıxarılsın! - VİDEO
Eye

"Qanunların dili ona görə zəifdir ki, o, tərcümə dilidir. Qanun layihəsi uyğun bir mətbuat orqanında çap edilməli, müzakirəyə açıq olmalıdır. İnsanlar qanunun mahiyyəti, dil və ifadə tərziylə bağlı fikirlərini bildirməlidirlər. Əvvəllər bu praktika var idi".

Bakupost.az xəbər verir ki, bunu Azərbaycan Dil Qurumunun "Qanunlarımızın və kargüzarlıq sənədlərinin dili" mövzusunda keçirdiyi elmi müzakirə zamanı professor Qulu Məhərrəmli deyib.

O, qeyd edib ki, hüquqi terminlərlə də bağlı ciddi problemlər var:

"Qanunlarda belə cümlələrr var: "Verilən şərhlər çox obyektiv, vicdanlı olmalıdır". “Vicdanlı” sözü qanun sözü deyil, çünki orda o vicdanı müəyyənləşdirən kriteriyalar yoxdur. Eləcə də qanunlarda “günahkar” anlayışı var və bu da qanun sözü deyil, “təqsirkar” sözüylə əvəz olunmalıdır və s".

Dilimzə əcnəbi dillərdən yeni sözlərin daxil olması məsələsiniə toxunan Q.Məhərrəmli deyib:

“Bu gün Azərbaycan dili bir çox sahələrdə işlənir. Bunu qiymətləndirmək lazımdır. Amma alınma sözlərsiz keçinmək olmur. Həsən bəy Zərdabinin dillə bağlı çox məşhur məqaləsi var. Orda yazırdı ki, “Sərhədlər açılır, gediş-gəliş başlayır, gəlib-gedən tacirlər təkcə mal yox, həm də yeni sözlər gətirirlər”. Bu baxımdan dilin başqa sözlər hesabına zənginləşməsi bütün dillərdə var”.

Ətraflı videoda...



Vasif
BakuPost

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar