Ru
23:00 / 06 İyul 2026

Vida mərasimində Azərbaycana mesaj: 139-cu ayə ilə nəyə eyham vuruldu?

Vida mərasimində Azərbaycana mesaj:  139-cu ayə ilə nəyə eyham vuruldu?
Eye

“Bəziləri deyir ki, surə və ayələrin seçilməsi təsadüfdür. Lakin xüsusi olaraq seçildiyini deyənlər də var. Adətən, Qurani-Kərimdə yer alan ayələrin hamısını müəyyən mesajlar, alt mənalar var. Bu sirr deyil və hər kəsin bildiyi reallıqdır”.

"Bakupost" xəbər verir ki, bu sözləri “Yeni Sabah”a şərqşünas-yazar Kənan Rövşənoğlu deyib.

O, İranın mərhum Ali Rəhbəri Ayətullah Xameneinin vida mərasimində oxunan Quran ayələri ilə siyasi mesajlar verilməsi məsəsləsinə toxunub.

Bir çox siyasi şərhçilər hər bir ölkəyə rəsmi Tehranın bu üsulla ismarış çatdırılmasına yəqinlik ifadə edib. Hazırda bu mövzu dünya mediasında və sosial şəbəkələrdə geniş müzakirə olunur.

Vida mərasimində Azərbaycanı Milli Məclisin sədri Sahibə Qafarovanın başçılıq etdiyi nümayəndə heyəti təmsil edib. Bu zaman Quranın “Ali İmran” surəsin 139-cu ayəsi oxunub: “Süstləşməyin və qəmgin olmayın, əgər möminsinizsə, üstün olacaqsınız”.

K.Rövşənoğlunun sözlərinə görə, vida mərasiminə qatılan ölkələrin hər biri İrana düşmən dövlət deyil:

“İslam Respublikası ilə siyasi düşmənçiliyi olan ölkələr bu mərasimə dəvət olunmamışdı. Mərasimə qatılan ölkələrin hamısı dost ölkələrdir. Buna görə də ayələrin seçimində mətbuatda yazılanlar qədər dərin məna olduğunu düşünmürəm.

Daha əvvəl də İslam Əməkdaşlıq Təşkilatı, yaxud Ərəb Ölkələri Liqasının iclaslarında da müxtəlif ayələrin oxunmasına şahidlik etmişik. Yəni belə bir ənənə çoxdan mövcuddur. Lakin ayə vasitəsi ilə kimisə təhqir etmə və ya gözdən salma məqsədinin olduğunu düşünmürəm”.

Şərqşünas yazar əlavə edib ki, Tehranla münasibətləri pis olan ölkələrin heç biri bu mərasimi dəvət edilməmişdi:

“Olsa bilsin hər bir ölkəyə elə ayələr seçilib ki, İranın həmin ölkələrlə münasibətlərini tərənnüm edir”.

Xatırladaq ki,Azərbaycan nümayəndə heyətinin tərkibinə Baş nazirin müavini Şahin Mustafayev, Milli Məclis sədrinin müavini Ziyafət Əsgərov, xarici işlər nazirinin müavini Samir Şərifov, Naxçıvan Muxtar Respublikasının Baş naziri Cabbar Musayev və digər rəsmilər olub.

Şərhlər
  • Abdullah Salaml;

    Ahıl yaşıma ramən Şərqşunas=Yazar Kənan Rövşənoğlu *Yeni Sabah*a, ya *Bakupost* izləyicilərinə hansı dini-ruhi anlatmaya-izahata çalışıb. Ali cami rəhbərliklər fiziki gücdən ideal-dini etiqad divanlarına keçsə də tarix camiləri artıq hamını ədalətli-bərabər hüquqlara məsul Ali Siyasətə tapşırıb? İran rəhbərliyi dindar olduğundan həmin qədim ruhda səslənir. Çarlığın katolik kilsəsinin təqibindən azdırmaq məqsədi ilə 1794cü ildə *erməni*lər adlandırıb, etiqad muxtarlığı verdiyi Qreqorianları, artıq çoxdan bütün dünya katolokləri dəstəkləyirlər. Azərbaycan isə SSRİ ləğv edilən 1991ci ildən nə 2 avqust 1992ci il tarixinə, ya bu günə qədər rəsmən 28 may 1918ci ildən tanınıb-qəbul edilmiş Azərbaycan Xalq Cümuhürriyyətini rəsmən iddia edib, tanıtdırmağa çalışır? 139cu ayə istinadı gəlincə? Mərhum cənazəsi ilə vidalaşma mərasim nümayəndəliyinə nəinki, qadının başçılıq etməsi, getməsi belə hansı reaksiya verməsi, qazanan Bakının siyasi səriştəsi deyilmi?

  • Tural Məmmədov

    Ali İmran surəsi ayə 139 heç bir halda Azərbaycana mesaj deyil.. çünki ora qatılanlarin 100 də 99 % - i nəinki mömin heç müsəlman deyil.. içi biz DAXİL. Çünki İslamın və imanın şərtini bilməyənlər haqq yeyənlər gedib ora .. Müsəlman ölkəsində doğulanlar hamısı müsəlman deyil

Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar