Ru
21:45 / 16 Sentyabr 2022

Videonu Həbib Müntəzirə kim ötürüb?

Videonu Həbib Müntəzirə kim ötürüb?
Eye

Şəhid Səbuhi Əhmədovun qardaşı Sənan Əhmədovun məlum “üzr videosu” hökumət içərisində ciddi problemə çevrilib.



Müdafiə Nazirliyi bəyənat yayaraq videonun onlara aidiyyətinin olmadığını bildirib.



Video çəkilən ərəfədə şəhid qardaşıyla görüşən Eynulla Fətullayevin nazirliyin açıqlamasından bir neçə saat əvvəl yaydığı məlumatda isə bu təkzib olunur. Belə ki, jurnalist sosial şəbəkələrdə şəhid qardaşı ilə Müdafiə Nazirliyində görüşdüyünü bildirib.



Məsələ ilə bağlı Baş Prokurorluq ard-arda iki açıqlama yayıb - yayılan videolarla bağlı araşdırmalara başlanıldığı, günahkarların cəzalanacağı bildirilib. Bu isə sosial şəbəkələrdə başlanan ciddi narazılığın hökumətin diqqətində olduğunu göstərir.



İndi əsas müzakirə olunan məsələlərdən biri də çəkilən videonun kim tərəfindən yayılmasıdır. Bununla bağlı Eynulla Fətullayev deyib ki, videonu xaricdə yaşayan jurnalist, Meydan Tv-nin əməkdaşı Həbib Müntəzir yayıb:



"Şəhidin qardaşının videosunu ilk olaraq Həbib Müntəzir adlı blogerin profilindən yayılıb… Yoxlaya bilərsiz! Nəticəni artıq özünüz çıxarın!”



Məsələ ilə bağlı Həbib Müntəzirin reaksiyası özünü çox gözlətməyib. O bildirib ki, həmin video "Telegram" kanallarının birində yayılıb:



"Video "Telegram" kanallarında yayılmışdı və mən də ordan götürmüşəm, qınamışam. "Telegram"dakı kanalın adı: "Kyrill_Tnews". Söz-söhbət yayılan kimi, kanalı "privat" etdilər”.



Aysel
Baku Post

Şərhlər
  • t.ədalət

    Qəribədir,günahkarlar,yəni rüşvət alanlar cəzalandırılmalı olduğu halda ,"güzgünü sındırmaq" istəyirlər.Kim çəkib videoya,necə çəkilib- bunu axtarmağın mənası varmı?Fakt ortadadır.

Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar