Ru
22:00 / 05 May 2022

“Visa” və “Stripe” Bankoff kartlarına xidmət göstərməyi dayandırıb - Osman Gündüz

24514
“Visa və Stripe qlobal ödəniş sistemləri Azərbaycan startapı olan Bankoff kartlarına xidmət göstərməyi dayandırıb. Bankoff-un öz resurslarının da bloklandığı bildirilir. Problemlə bağlı Bankoff də müştərilərinə məlumat verib”.


Bunu Bakupost.az -a açıqlamasında “Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib.


Forum prezidenti bildirib ki, Bankoff 2020-ci ildə fəaliyyətə başlayıb. İnternet üzərindən virtual kartlar təqdim edən bir servisdir:


“Rusiyaya sanksiyalar tətbiq ediləndə birdən-birə bu servisin müştərilərinin sayının 10 dəfə artdığı bildirilirdi. Qlobal yazışmaları izləyəndə proqnozlaşdırmaq olurdu ki, Bankoff bu qaydada, kütləvi olaraq ruslara kartlar verməkdə davam edərsə problem olacaq. Təəssüf ki, gözlənilən baş verdi. Güman etmək olar ki, rusiyalıların kütləvi şəkildə Bankoff-dan kart almasını maraqlı tərəflər müşahidə ediblər və Visa və Stripe təsir edərək startapımıza qarşı sanksiya tətbiq etdiriblər. Ümid edirəm Bankoff rəsmiləri tezliklə Visa və Stripe ilə özlərinin və müştərilərinin problemlərini həll edə biləcəklər”.


Sevinc
BakuPost

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər