Ru
21:13 / 08 İyul 2024

Xaçatryanın ABŞ-dakı mülkü müsadirə olunacaq

Xaçatryanın ABŞ-dakı mülkü müsadirə olunacaq
Eye

Ermənistanın keçmiş maliyyə naziri Qaqik Xaçatryanın Los-Ancelesdəki malikanəsi müsadirə olunacaq.

Bakupost.az -ın erməni KİV-ə istinadən məlumatına görə, bu barədə razılıq ölkənin Baş Prokurorluğu ilə ABŞ-nin müvafiq orqanları arasında əməkdaşlıq çərçivəsində əldə edilib.

ABŞ məhkəməsinin qərarı ilə həmin malikanə cinayət yolu ilə əldə olunmuş əmlak hesab olunub.

Onun sonrakı taleyi ilə bağlı bildirilib ki, malikanə ən yüksək bazar qiyməti ilə dəyərləndirilib satılacaq.

Hazırda Ermənistan tərəfi ABŞ-nin müvafiq orqanları ilə əldə olunacaq vəsaitin böyük hissəsinin ölkəyə qaytarılması ilə bağlı danışıqlar aparır.

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar