Ru
10:09 / 14 Yanvar 2022

Anasını baltalayan oğul hadisə yerindən qaçıb - YENİLƏNİB

2149

Yanvarın 13-ü saat 19 radələrində Xaçmaz rayonu Əzizli kənd sakini 1956-cı il təvəllüdlü Səmən Sultanovaya yaşadığı evdə xəsarətlər yetirilməsi və aldığı xəsarətlərdən xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.


Xaçmaz rayon prokurorluğundan Bakupost.az -a verilən məlumata görə, aparılan araşdırmalarla zərərçəkmişin oğlu 1979-cu il təvəllüdlü Ramiz Sultanovun birgə yaşadıqları evdə balta ilə Səmən Sultanovanın baş və sifət nahiyələrinə çoxsaylı xəsarətlər yetirməsinə və daha sonra isə hadisə yerindən qaçmasına əsaslı şübhələr müəyyən edilib.


Faktla bağlı Xaçmaz rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.


Hazırda Ramiz Sultanovun yerinin müəyyən edilərək tutulub istintaqa cəlb edilməsi, həmçinin cinayətin təfərrüatlarının müəyyən edilməsi istiqamətində zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.



***

09:36



Xaçmazda oğlu tərəfindən balta ilə xəsarət yetirilən Sənəm Sultanova dünyasını dəyişib.


Bakupost.az xəbər verir ki, bu barədə APA məlumat yayıb.

Qeyd edək ki, hadisə ötən gün rayonun Əzizli kəndində qeydə alınıb.

Kənd sakini, 1956-cı il təvəllüdlü Sənəm Sultanova müxtəlif bədən xəsarətləri ilə Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Ona baş və sifətin kəsilmiş-deşilmiş yarası, kəllə-beyin travması diaqnozu qoyulub.

İlkin məlumata görə, hadisəni qadının oğlu anası ilə münaqişə zəminində törədib.

Faktla bağlı Xaçmaz Rayon Prokurorluğunda araşdırmalar davam etdirilir.

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi youtube-da izləyin

Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər