Ru
16:12 / 02 Avqust 2022

Xiaomi ağıllı eynək icad etdi - Baxdığını, gördüyünü videoya çəkir

Xiaomi ağıllı eynək icad etdi - Baxdığını, gördüyünü videoya çəkir
Eye

Dünyaca məşhur Xiaomi şirkəti ağıllı eynək istehsal edib.

Bakupost.az xəbər verir ki, Mijia Glasses Camera əslində videokamera və tərcüməçi funksiyasını daşıyan cihazdır.

Eynək 50 və 8 meqapikselli video və foto üçün 2 kamera ilə təmin edilib.

Kamera və mikrofon sistemi ilə qadcet video çəkir, sonra materialı smartfonun yaddaşına köçürmək olur. Belə ki, insan eynəyi taxıb, video çəkilişi işə salarsa, baxdığı hər şeyi yaddaşa köçürəcək.

Eləcə də əcnəbi dildə olan danışığı tərcümə edərək, ekrana mətn şəklində gətirir.

Eynək maqnit enerji təminatı olan batareya ilə təmin edilib.

Hazırda ilk buraxılışda qiyməti 400 dollardır.

Kütləvi satışa çıxarıldıqda bir qədər baha ola bilər.




Aygün Musayeva
BakuPost


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar