Ru
12:27 / 04 Aprel 2022

Xırdalanda güclü külək məktəbin damını uçurtdu - Şagird ölümdən son anda qurtuldu - VİDEO

8587
Abşeron rayonu, Xırdalan şəhərində güclü külək məktəbə ziyan vurub.

Bakupost.az -ın məlumatına görə, külək nəticəsində Xırdalan 9 nömrəli tam orta məktəbin damı uçub.


Abşeron Rayon Təhsil Şöbəsindən bildirilib ki, əsən güclü külək nəticəsində Xırdalan şəhər 9 nömrəli tam orta məktəbin dam örtüyünün bir hissəsi uçub. Hadisə nəticəsində xəsarət alan olmayıb:


"Vəziyyətlə bağlı məktəbdə dərhal ilkin təhlükəsizlik tədbirləri həyata keçirilib, aidiyyəti qurumlara məlumat təqdim olunub. Ən qısa zamanda dam örtüyünün bərpa işlərinə başlanacaq”.


Həmin görüntüləri təqdim edirik:



BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər