Ru
21:16 / 10 Sentyabr 2024

Xocalıda bu il ilk zəng çalınacaq

Xocalıda bu il ilk zəng çalınacaq
Eye

“Bu il Şuşada 1 nömrəli məktəbin açılması ilə yanaşı Xocalı, Xankəndi və Cəbrayıl şəhərlərində, habelə Sus kəndində də məktəblərimiz fəaliyyətə başlayacaq. Bununla da 10-a yaxın məktəbimizin fəaliyyəti təmin ediləcək”.

Bakupost.az xəbər verir ki, bunu Bakı şəhəri təhsil işçilərinin sentyabr konfransında elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlaması zamanı bildirib.

Nazir qeyd edib ki, Suqovuşon və Kəlbəcərdə tikilən məktəblərdə tədris köç prosesinin vaxtına uyğun olmaqla oktyabr və noyabr aylarında başlayacaq:

“2025, 2026, 2027-ci illərdə daha çox məktəbin fəaliyyətə başlaması nəzərdə tutulur. Çünki onların tikintisi hazırda davam etdirilir”.

Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar