Ru
09:29 / 02 Aprel 2024

“Xocalıda itkin düşən qardaşıma görə gözümüz yoldadı...” - Milli Qəhrəmanın bacısı

2208
“Belimdən əməliyyat olunmuşam deyə yeriməyə çətinlik çəkirəm. İnşallah, may ayında Xocalıya getməyi planlaşdırıram”




Bunu Bakupost.az -a açıqlamasında Milli Qəhrəman Əlif Hacıyevin bacısı Şükufə xanım deyib.

O, itkin düşən qardaşı Süleymana görə hələ də gözlərinin yolda olduğunu bildirib:

“Bu gün Xocalıda qalıqları tapılan daha bir nəfərin kimliyi müəyyən edildi. O dəfn edilənləri görəndə adam dəhşətə gəlir. Çox çətindir. Qardaşım Süleyman da itkindi, nə ölüsündən, nə də dirisindən xəbər var. Biz isə hələ də inanmırıq ki, ona nəsə olub, deyirik, nə vaxtsa gələcək. O gün kürəkənim Xocalıya getmişdi. Ermənilər bütün qəbirlərin mərmər daşlarını daşıyıb aparıblar. Anamın sinə daşı qalıb, şəklinə baxdım. Dövlət səviyyəsində ora getməyə icazə veriləndən sonra məzarı təmir etdirəcəyik".
Şüküfə xanım Xocalıda şəhid qardaşı Əlif Hacıyevin adının əbədiləşdirilməsi arzusunda olduğunu da dilə gətirib:

“Bu məsələ dövlət rəhbərliyinin səlahiyyətindədir. İnsanlar deyir ki, Xocalı aeroportuna Əlif Hacıyevin adına verilsin. Dövlətimiz, Prezidentimiz bilir, necə etmək olar”.

Vasif Əlihüseyn
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər