Ru
14:02 / 19 May 2025

Xüsusi təyinatlılar qadın geyimində... - İsrailin gizli əməliyyatı

Xüsusi təyinatlılar qadın geyimində... -  İsrailin gizli əməliyyatı
Eye

İsrail xüsusi təyinatlı qüvvələri gizli əməliyyat zamanı Qəzzada hərbi qruplaşmanın komandirini zərərsizləşdiriblər.

Bakupost.az xəbər verir ki, bu barədə UNN bildirib.

Qeyd olunur ki, İsrail təhlükəsizlik qüvvələri qadın paltarı geyinərək Qəzza zolağının cənubundakı Xan Yunis şəhərində HƏMAS komandiri Əhməd Sarhanı zərərsizləşdiriblər.

Bu barədə Fələstin mediası DA məlumat yayıb.

Əməliyyatın təfərrüatları:

Gizli əməliyyat zamanı İsrail xüsusi təyinatlıları Xalq Müqavimət Komitəsi hərbi qanadının yüksək rütbəli üzvü sayılan Əhməd Sarhanın evinə daxil olub. Onlar onu həbs etməyə çalışsalar da, silahlı qarşıdurma zamanı Sarhan öldürülüb. Həmin vaxt onun həyat yoldaşı və uşaqları da saxlanılıb. Hadisə şahidlərinin dediyinə görə, İsrail əsgərləri köçkün qadınlar kimi geyinib, yataq döşəkləri yığılmış araba ilə yaxınlaşaraq evə daxil olublar. İsrailli bir təhlükəsizlik rəsmisi əməliyyatın girovların azad edilməsi ilə bağlı olmadığını, lakin əlavə məlumat verə bilməyəcəyini bildirib.

Rəsmi mənbələr, o cümlədən İsrail Müdafiə Qüvvələri hələlik bu əməliyyatı təsdiqləməyib.

Xalq Müqavimət Komitələri Qəzza zolağında fəaliyyət göstərən ən böyük üçüncü silahlı təşkilat kimi tanınır və son illərdə əsasən, HƏMAS-ın göstərişləri ilə hərəkət edir.

Xatırladaq ki, İsrail Müdafiə Qüvvələri Qəzzanın şimal və cənub hissələrində genişmiqyaslı quru əməliyyatlarına başlayıb və HƏMAS hədəflərinə qarşı 670-dən çox hava zərbəsi endirib.

Elmina Qasımova,
BakuPost

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar