Ru
14:32 / 08 İyun 2024

Xüsusi təyinatlıların təlimində gecə vaxtı tapşırıqlar icra edildi - VİDEO

1039
Azərbaycan, Türkiyə və Gürcüstanın xüsusi təyinatlı qüvvələrinin iştirakı ilə ölkəmizdə keçirilən “Qafqaz Qartalı - 2024” təlimi davam edir.

Bakupost.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.


Bildirilib ki, təlimin planına uyğun olaraq, hər üç ölkənin xüsusi təyinatlıları gecə və məhdudgörmə şəraitində müxtəlif maneələri dəf edərək gizli yollarla şərti düşmənə yaxınlaşma və onun zərərsizləşdirilməsi üzrə tapşırıqları müvəffəqiyyətlə yerinə yetiriblər.

"Qafqaz Qartalı - 2024” birgə təlimi iyunun 12-dək davam edəcək.


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər