Ru
20:36 / 22 May 2024

Rəisinin qəzası və Azərbaycanda parlament seçkilərinin dəqiq tarixi - YAP-çı deputatla aktual müzakirə - VİDEO

6225
YAP İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, millət vəkili Aydın Mirzəzadə Bakupost.az -a vidiemusahibə verib.

O, müsahibədə Azərbaycan-İran münasibətləri, İran Prezidenti İbrahim Rəisi və onu müşayiət edən rəsmi şəxslərin helikopter qəzasında həlak olmalarından danışıb. A.Mirzəzadənin fikrincə, Azərbaycan və İran liderlərinin "Xudafərin" və "Qız qalası" hidroqovşaqlarının açılış mərasimində iştirak etməsinin yaratdığı sevinc kədərlə əvəzləndi. Hadisə ilə bağlı versiyalara toxunan millət vəkili qeyd edib ki, İran tərəfi yerli və xarici mütəxəssislərin iştirakı ilə araşdırma apardıqdn sonra əsl həqiqət üzə çıxacaq.


Azərbayan-Ermənistan münasibətlərinin normallaşma prosesi ilə bağlı sualı cavablandıran A.Mirzəzadə noyabra qədər çərçivə sazişinin imzalanmasının mümkünlüyünü istisna etməyib. Paşinyanın Bakıda keçiriləcək COP29-a qatılacağı barədə fikirlərə münasibətini açıqlayan millət vəkili bu məsələnin Ermənistan hökumətinin qərarından asılı olduğunu bildirib.

A.Mirzəzadə Azərbaycanda keçiriləcək parlament seçkilərinə də toxunub. O, siyasi partiya və namizədlərin seçki hazırlığına başladıqlarını, seçkilərin vaxtından bir neçə ay əvvəl keçirilə biləcəyini deyib.
Ətraflı videoda...







BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər