Ru
19:50 / 18 Dekabr 2024

Yaralı ayı ağacdan düşüb ovçunu öldürdü

Yaralı ayı ağacdan düşüb ovçunu öldürdü
Eye

ABŞ-ın Virciniya ştatında ovçular tərəfindən yaralanan ayı ağaca çıxıb və oradan yıxılaraq ona atəş açanlardan birini əzib.

Baklpost.az xəbər verir ki, bu barədə Associated Press məlumat yayıb.

Məlumata görə, hadisə Virciniya meşələrində baş verib. İki kişi ayı ovlayırmış. Onlardan biri yırtıcıya güllə ata bilib. Yaralı heyvan ağaca dırmaşıb və hündürlükdən ovçulardan birinin üstünə yıxılıb.

Zərərçəkən ağır bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib. Həkimlərin bütün səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Yerli hakimiyyət orqanları bədbəxt hadisə ilə bağlı araşdırma aparır.

Lalə Novruz, BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar