Ru
15:41 / 30 İyun 2022

İyulun ilk 3 günü hava belə olacaq

1404
Yaxın günlərdə gözlənilən hava şəraiti açıqlanıb.


Milli Hidrometeorologiya Xidmətindən Bakupost.az -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında iyulun 1-dən 3-ü səhərədək şimal-qərb küləyi 15-18 m/s, arabir 20-23 m/s, 2-si gündüz yarımadanın bəzi yerlərində arabir 25-28 m/s olacaq.


Azərbaycanın rayonlarında iyulun 5-dək əsasən şimal və qərb rayonlarında qeyri-sabit hava şəraitinin davam edəcəyi, bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Qərb küləyi arabir 15-20 m/s, arabir 23 m/s, 2-də ayrı-ayrı yerlərdə arabir 25-30 m/s olacaq.


Çaylarda sululuğun artacağı ehtimal olunur.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər