Ru
18:09 / 04 İyul 2025

Yekaterinburq hadisəsi: Daha 2 nəfər apellyasiya şikayəti verdi - YENİLƏNDİ

Yekaterinburq hadisəsi: Daha 2 nəfər apellyasiya şikayəti verdi - YENİLƏNDİ
Eye

Yekaterinburqda törədilmiş qətllərə görə təqsirləndirilən soydaşlarımız - Əziz Abbasov və Bəkir Səfərovun nümayəndələri müdafiə etdikləri şəxslərin həbs qətimkan tədbiri seçilməsi qərarından apellyasiya şikayəti veriblər.

Bakupost.az xəbər verir ki, bu barədə TASS-a Sverdlovsk vilayəti məhkəməsinin mətbuat xidmətindən məlumat verilib.

Beləliklə, səkkiz təqsirləndirilən soydaşımızdan yeddisi həbsdən apellyasiya şikayəti verib.

***

17:30

Rusiyanın Yekaterinburq şəhərində daha əvvəlki illərdə baş vermiş qətl hadisəsi ilə bağlı saxlanılan soydaşımız Kamal Səfərov barəsində həbs qətimkan tədbiri seçilməsi qərarından apellyasiya şikayəti verib.


Bakupost.az TASS-a istinadən xəbər verir ki, bu barədə Sverdlovsk vilayəti məhkəməsi məlumat yayıb.

Xatırladaq ki, iyunun 28-də Rusiya İstintaq Komitəsinin Sverdlovsk vilayəti üzrə İstintaq İdarəsi 2000-ci illərin əvvəllərində Yekaterinburqda törədilmiş bir sıra qətllərdə iştirak edən qrupun fəaliyyətinin qarşısının alınması barədə məlumat yayıb. Səkkiz təqsirləndirilən şəxs nəzarət altına alınıb.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar