Ru
08:42 / 29 May 2024

Yeni həftəyə yenə tıxacla başladıq

Yeni həftəyə yenə tıxacla başladıq
1441

Bakının bir sıra yollarında tıxac müşahidə olunur.

Bakupost.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.


Hal-hazırda yollardakı vəziyyət:

1. Heydər Əliyev prospekti kənar yol, mərkəz istiqamətində;

2. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

3. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

4. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metrostansiyası istiqamətində;

5. Binəqədi şosesi, "Azadlıq prospekti" metrostansiyası istiqamətində;

6. Xətai prospekti, Heydər Əliyev prospekti istiqamətində;

7. Mikayıl Əliyev küçəsi, Neft Emalı Zavodunun yanından "Koroğlu" metrostansiyası istiqamətində (dairəyə qədər);

8. Mikayıl Useynov prospekti, Bayraq Meydanının qarşısından "Azneft" dairəsi istiqamətində;

9. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində;

10. Dilarə Əliyeva küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;

11. Babək prospekti, mərkəz istiqamətində;

12. Qara Qarayev prospekti, "Qara Qarayev" metrostansiyasından "Koroğlu" metro stansiyası istiqamətində;

13. Mikayl Müşfiq küçəsi, "Badamdar" dairəsindən 20 nörməli məktəb-lisey istiqamətində;

14. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metrostansiyası istiqamətində;

15. Sabunçu-Zabrat şosesi, "Koroğlu" metro stansiyası istiqamətində sıxlıq müşahidə olunur.

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar