Ru
12:33 / 26 Avqust 2022

Yeni Yol Partiyası qeydiyyata alındı - FOTO

19002

Yeni Yol Partiyası Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınıb.

Bu barədə Bakupost.az -a partiyanın sədri Ramil Hüseynov bildirib.

O qeyd edib ki, bu il yanvarın 22-də partiyanın qurultayı keçirilib və bundan sonra qeydiyyat üçün rəsmən müraciət olunub: "Artıq müraciətimizə müsbət cavab verilib, partiyamız dövlət qeydiyyatına alınıb".


R.Hüseynov qeyd edib ki, Yeni Yol Partiyası Azərbaycanın dövlət və milli maraqlarını müdafiə etməyi öz qarşısına məqsəd qoyub: "Bundan sonra da bu siyasi xəttimizi davam etdirəcəyik. Siyasi partiyalar həm də dövlətin siyasi dayaqlarının möhkəmlənməsinə xidmət etməlidir. Bu xidməti qürurla həyata keçirib, ölkəmizin inkişafı, xalqımızın firavan yaşaması üçün səylərimizi həyata keçirəcəyik".



Zaur
BakuPost
Şərhlər
  • t.ədalət

    Hər dəfə təzə siyasi partiya yarananda müstəqilliyimiz və bütövlüyümüzdən bir kərpic düşür..

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər