Ru
23:54 / 17 Yanvar 2023

Yer kürəsinin fırlanmağını niyə hiss etmirik?

Yer kürəsinin fırlanmağını niyə hiss etmirik?
Eye

Yer öz oxu ətrafında tam dövrəni 24 saata başa vurur. Yerin fırlanma sürəti təxminən saatda 1600 kilometrdir. Bəs necə olur ki, Yer bu qədər sürətlə fırlansa da, biz bunu hiss etmirik?

Bakupost.az xarici mediaya istinadən bunun səbəbini təqdim edir.

Bunun səbəbi siz və başqa hər şey, o cümlədən Yer okeanları və atmosferinin Yerlə eyni sabit sürətlə fırlanmasıdır.



Əgər Yer kürəsinin fırlanması birdən-birə sürətlənsə və ya yavaşlasa, bunu mütləq hiss edərik, çünki bu, sürətli avtomobildə gedərkən digərinin də sürətlənməsi və ya əyləcə basması kimi bir hissdir.



Bir təyyarə və ya avtomobil səyahəti düşünün. Təyyarəyə minərkən gözlərinizi yumduğunuzda heç tərpənmədiyinizi hiss edirsiniz. Stüardessa sizə bir fincan qəhvə verəndə fincan təyyarənin arxasına uçmaz, çünki qəhvə, fincan və siz təyyarə ilə eyni sürətlə səyahət edirsiniz.

Ləman Hüseynzadə
Bakupost


Şərhlər
  • Ramin

    Ala ne qeliz yazdiniz ay daaa )))

Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar