Ru
15:54 / 25 Aprel 2024

"Yerli toxum sortları çatışmır" - Ekspert

1616
“Bu gün Azərbaycanda kənd təsərrüfatı məhsulları istehsalının xarici sortlardan asılılıq səviyyəsi yüksəkdir. Bunu aradan qaldırmaq üçün yerli toxum sortlarının yaradılması vacibdir. Ölkədə kənd təsərrüfatı məhsullarının seleksiyası zəif formada gedir. Buna səbəb kənd təsərrüfatı ilə fundamental elmi qaydada məşğul olan dövlət qurumlarının yüksək məhsuldarlıqlı yerli sortlar yetişdirə bilməməsidir. Bu qurumlar az-çox yetişdirilmiş toxumları, yerli sortları hibridləşdirə, məhsuldarlığı artırılmış sortlara çevirə bilmirlər”.




Bunu Bakupost.az -a iqtisadçı ekspert Akif Nəsirli deyib.

O qeyd edib ki, Azərbaycanda seleksiya işlərinin təşkili kənd təsərrüfatı məhsulları istehsalı sahəsində vacib addımlardan biridir:

“Hesab edirəm ki, dövlət qurumları ilə bərabər seleksiya ilə məşğul olan özəl sektorun inkişafına xüsusi diqqət ayırılmalıdır. Dövlət tərəfindən maliyyələşdirilən bu işlə məşğul olan qurumların qarşısında tələb qoyulmalıdır. Çünki özünü maliyyələşdirəcək özəl sektorda bu işlə məşğul olmağa, yeni toxumlar yaratmağa daha çox maraq olacaq. Bundan isə həm fermer, həm özəl sektor, həm də bu işlə məşğul olan alimlər qazanacaq”.

İqtisadçı bildirib ki, bu gün fermerlər yerli mütəxəssislərin yetişdiridiyi kənd təsərrüfatı məhsulu sortlarına inanmır. Ona görə də onlar xarici sort toxumlar almağa üstünlük verirlər:


“Fermerlər bilməlidirki, həmin toxumlar həmin ölkələrin havası, şəraiti, suyu və torpağına uyğun hazırlanıb. O toxumlar bizim torpaqlarda, iqlimdə bitməyə bilər. Bunu nəzərə almaq vacibdir”.

Sevinc,
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər