"CPS Construction" MMC “Akkord” şirkətlər qrupuna daxil olan "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC ilə bağlı məhkəməyə müraciət edib.
Bakupost.az Pravda.az-a istinadən bildirir ki, bu barədə MMC Bakı Kommersiya Məhkəməsinə üz tutub.
Belə ki, "CPS Construction" şirkəti podrat müqaviləsi üzrə mübahisələr barədə tələb irəli sürüb.
İddia hakim Fərrux Qasımovun sədrliyi ilə araşdırılacaq.
Məhkəmənin ilkin hazırlıq iclası hələlik açıqlanmayıb.
Akkord Şirkətlər Qrupu sabiq baş prokuror Zakir Qaralova məxsusdur. Şirkətin hazırda 6 milyona yaxın vergi borcu var.