Ru
19:08 / 12 İyul 2025

Zaqatalada 3 yaşlı uşaq çayda boğuldu

Zaqatalada 3 yaşlı uşaq çayda boğuldu
Eye

Zaqatalada 3 yaşlı uşaq çayda boğulub.

Bakupost.az APA-ya istinadla xəbər verir ki, hadisə günorta saatlarında Tala çayının rayonun Yuxarı Tala kəndinin inzibati ərazisinin Meşleş adlanan hissəsindən axan hissəsində baş verib.

Rayonun Yuxarı Tala kənd sakini Əfəndi İsmayılov ailəsi ilə birlikdə istirahət etmək üçün çay kənarında oturublar. İstirahət zamanı valideynlərinin gözündən yayınan azyaşlı oğlu çaya düşüb və azyaşlını su aparıb. Axtarışlar nəticəsində azyaşlı sudan çıxarılaraq hadisə yerinə çağırılmış Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin Zaqatala rayon şöbəsinin həkim briqadasına təhvil verilib. Azyaşlı Zaqatala Rayon Mərkəzi Xəstəxanasının (RMX) Təcili və Təxirəsalınmaz şöbəsinə aparılıb. Müayinə zamanı azyaşlıda heç bir həyat əlaməti olmadığı müəyyən olunub.
Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Zaqatala rayon Şöbəsinə təhvil verilib.

Faktla bağlı Zaqatala rayon Prokurorluğunda araşdırma aparılır.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar