Ru
15:56 / 05 Dekabr 2022

Zelenski “İlin adamı" elan edildi - İlk üçlükdə daha kimlər var?

2650
Böyük Britaniyanın "Financial Times" qəzeti Ukrayna Prezidenti Vladimir Zelenskini "İlin adamı" elan edib

Bakupost.az UNİAN-a istinadla xəbər verir ki, onu Ukrayna xalqına qarşı qanlı müharibəyə başlayan Vladimir Putinin antipodu adlandırıblar.

"Zelenski Ukrayna xalqının Rusiya təcavüzünə qarşı mübarizədə cəsarət və dözümlülüyünün təcəssümünə çevrilib. Ona görə də belə bir seçim edilib”, - deyə nəşr öz qərarını əsaslandırıb.

Ukrayna prezidentini blitskriq zamanı ölkəni birləşdirmək üçün radioda danışan Böyük Britaniyanın Baş naziri Uinston Çörçillə müqayisə ediblər. Qeyd olunur ki, Ukrayna prezidenti sosial mediadan da Qərbin hərbi və maliyyə dəstəyi üçün aramsız kampaniya aparmaq üçün istifadə edir.

Qəzet yazır ki, Zelenskinin evakuasiya təklifi ilə razılaşmayaraq Kiyevdə qalmaq qərarı müharibənin ən mühüm anlarından biri olub: "Həmçinin bu, Ukrayna ordusu və xalqını müqavimət göstərməyə sövq edən ən vacib amillərdən biridir. Bu yolda o, 21-ci əsrin gedişatını müəyyən edə biləcək avtoritarizmə qarşı qlobal mübarizədə liberal demokratiyanın bayraqdarına çevrildi.

“Financial Times” qəzetinə müsahibəsində dövlət başçısı Kiyevdə qalmaq qərarını belə şərh edib:

"Mən cəsarətli olmaqdan daha çox məsuliyyətliyəm. İnsanların ümidini qırmağa nifrət edirəm".

Prezident Zelenski TIME100 reytinqinə də başçılıq edib. Jurnalın oxucuları onu 2022-ci ilin ən nüfuzlu adamı hesab edirlər. İlk üçlükdə həmçinin Böyük Britaniyanın baş naziri Boris Conson və milyarder İlon Mask da yer alıb.

Ukrayna prezidneti 3 milyon 300 min nəfərdən 5 faiz səs toplayıb. Tesla və SpaceX-in qurucusu isə 2-ci yeri tutub. Baxmayaraq ki, o, Zelenskidən yalnız bir qədər az dəstək alıb.

Xatırladaq ki, ötən il Financial Times İlon Maskı "İlin adamı" elan etmişdi.

Zaur
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər