Ru
21:30 / 29 Oktyabr 2024

Zurabişvili haqlıdırmı? - Gürcüstan MSK prokurorluğa müraciət etdi

Zurabişvili haqlıdırmı? - Gürcüstan MSK prokurorluğa müraciət etdi
Eye

Müxalifətin və prezident Salome Zurabişvilinin ittiham etdiyi Gürcüstanın Mərkəzi Seçki Komissiyası oktyabrın 26-da keçirilən parlament seçkilərinin saxtalaşdırılması ilə bağlı araşdırmaq aparılması xahişilə Baş Prokurorluğa müraciət edib.

Bakupost.az TASS-a istinadən xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının məlumatında deyilir.

“Gürcüstan prezidentinin, siyasətçilərin və maraqlı tərəflərin dediklərinin, eləcə də seçki saxtakarlığı ilə bağlı yayılan məlumatların doğru olub-olmadığını müəyyən etmək üçün hərtərəfli və obyektiv araşdırma aparmaq lazımdır. Bu, MSK-nın səlahiyyətinə aid deyil. Ona görə də biz Gürcüstan Prokurorluğuna müraciət edirik ki, bu iddialarla bağlı araşdırma aparsınlar”, - muraciətdə vurğulanır.

Zaur, BakuPost

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar