Ru
12:09 / 03 Dekabr 2025

AZAL-ın təyyarəsi qəzadan əvvəl - Yeni kadrlar

AZAL-ın təyyarəsi qəzadan əvvəl - Yeni kadrlar
Eye

Ötən il dekabrın 25-də Aktauda qəzaya uğrayan AZAL təyyarəsində həyatını itirən Rəşid Qistarovun hadisədən öncə lentə aldığı videogörüntülər üzə çıxıb.

Bakupost.az xəbər verir ki, görüntüləri mərhumun oğlu Abbas Qistarov paylaşıb.

O bildirib ki, atası Rəşid Qistarovun telefonunu iki gün əvvəl əldə edib. Sözügedən görüntülər də qəzadan öncə atası tərəfindən lentə alınıb.

Xatırladaq ki, 2024-cü il dekabrın 25-də Bakıdan Qroznıya uçan AZAL-a məxsus “Embraer” təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Qəza nəticəsində 38 nəfər ölüb, 29 nəfər yaralanıb.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar