Ru
12:12 / 06 May 2026

Azərbaycan 3 yeni kamikadze dron istehsal etdi - FOTO

Azərbaycan 3 yeni kamikadze dron istehsal etdi - FOTO
Eye

Azərbaycanın müdafiə sənayesi sahəsində fəaliyyət göstərən "Arkan İnnovations LLC" şirkəti üç yeni kamikadze dron istehsal edib.


Bakupost.az Report-a istinadən xəbər verir ki, 2026-cı il istehsalı olan kamikadze dronlar hazırda İstanbulda keçirilən V "SAHA 2026" Beynəlxalq Müdafiə və Aerokosmik Sərgisində ictimaiyyətə təqdim olunub.

"Arkan-10", "Arkan -10 FO" və "Arkan- 10 FT" adlanan yeni nəsil dronlar müasir texnologiyalar əsasında hazırlanıb.

Bildirilib ki, sözügedən dronlarda süni intellekt dəstəyi, təkmilləşdirilmiş avtonom idarəetmə sistemi və daha uzun uçuş müddəti təmin edilib.

Yeni modellərin əsas xüsusiyyətləri arasında aşağı radar görünürlüyü, yüksək manevr qabiliyyəti və müxtəlif silah sistemləri ilə inteqrasiya imkanı xüsusi qeyd olunur. Bu dronlar müasir döyüş şəraitində effektiv istifadə üçün nəzərdə tutulub.

Şərhlər
  • Mwhəndis B.

    Siyasi Suveren Dövlətimizin daha öyünəcək möhrəşəm dünyəvi bazarlı yep-yeni ən önəmli sənaye obyekti, elə Mülkü Aviasiya Universiteti bazasında hələ 2011-2015ci illərdən EKSPO sərgilərində nümayiş etdirilmiş ilkin geniş tətbiq və yüksək gəlirli texnoloji *qaranquşu* pilotsuz (distansion-onlayn idarəli müxtəlif təyinat çeşidli *piotsuz* uçaq aparatları) *dron*lardır. Ölkəmizin hələ AzSSR dövründən minlərlə ton ilikin alüminium və yayma istehsalatları, elə yüz minlərlə kiçik mühərriklər istehsalı və ixracı təcrübəsi hazırki dünyəvi yüksək sorğuya uyğun on-yüz minlərlə elə aparatlar istehsalı texnoloji təcrübəsinə malikdik demək olarmı!?

Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar