Ru
10:47 / 24 Noyabr 2021

"Azərbaycan əksər MDB ölkələrini geridə qoyacaq”

3109
“Müstəqillik illərininin milli valyuta ifadəsində ən böyük büdcəsində ilk dəfə sosial xərclərin ümumi büdcə xərclərindəki payı 45 faizdən çox olacaq. Büdcə xərclərinin 46.4 faizinin sosial istiqamətə yönəldilməsi gələn ildə də sosial təminat məsələlərinin prioritet olacağından xəbər verir. Bu gələn il yalnız sosial istiqamətə 14 milyard manata yaxın vəsait ayrılacağı deməkdir”.

Bunu Bakupost.az -a açıqlamasında millət vəkili Vüqar Bayramov deyib.

Millət vəkili bildirib ki, gələn il büdcəsində mühim məqamlardan biri də Azərbaycanda sosial xərclərin ÜDM-də payının gələn il 16 faizdən çox olacağıdır.​ Bu isə hətta bir sıra İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) ölkələri ilə müqayisədə daha yüksək göstəricidir. Məsələn, sosial xərclərin ÜDM-də payı Niderlanda 16.0 faiz, İrlandiyada 13.4 faiz, Koreyada 12.6 faiz, Çilidə 12.2 faiz, Türkiyədə 12.0 faiz,​ Meksikada 7.5 fazidir:

“Qeyd edim ki, OECD ölkələri üçün orta göstərici 20 faizdir.​ Gələn il adambaşına düşən büdcə xərci gələn il cari məzənnə ilə 1757 dollar olacaq və göstəriciyə görə Azərbaycan əksər MDB ölkələrini geridə qoyacaq”.

V.Bayramov hesab edir ki, gələn il üçün proqnozlaşdırılan 3 milyard 63 milyon manatlıq büdcə kəsirinin infliyasiya yaradıcı effektləri minimumlaşdırılması ilə bağlı digər fiskal alətlərdən istifadə olunması vacibdir. Növbəti ildə yeni sosial paketin icrasını da nəzərə alsaq bu məsələ 2022-ci ildə aktuallığını qoruyub saxlayacaq:

“Gələn ilin dövlət büdcəsndən bələdiyyələrə 11 milyon manata yaxın vəsaitin ayrılması nəzərdə tutulur. Ölkədə 1771 bələdiyyənin olduğunu nəzərə alsaq orta hesabla hər bələdiyyə illik 6 min manat, aylı1 500 manat alacaq. Bələdiyyələrin kənar maliyyə mənbələrinin məhdud olduğunu nəzərə aldıqda bu məbləğin az olması onların institut kimi formalaşması və inkişafını xüsusi təşviq etmir. Bu baxımdan, həmin vəsaitin məbləğinə baxılması məqsədə uyğun olardı. Nəticə əsaslı büdcədə əhatə olunan 3 sektor üzrə bütün proqramlar ilə bağlı məlumatların müfəssəl təqdim olunmasına ehtiyac var. Şəffaflığın daha da genişləndirilməsi üçün xərc maddələr üzrə həyata keçirilən işlərin konrket nəticələrinin performance budget prinspinə uyğun hazırlanıb və təqdim olunması məqsədəuyğun olardı”.

Sevinc
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər