Ru
12:55 / 14 Yanvar 2026

“Azərbaycan - Ermənistan komissiyaları işə başlayıb” – Paşinyan

“Azərbaycan - Ermənistan komissiyaları işə başlayıb” – Paşinyan
Eye

Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, Ermənistan və Azərbaycan arasında sərhədin demarkasiyası üzrə komissiyalar artıq fəaliyyət göstərir.

Bakupost.az Ermnəistanm mediasına istinadən xəbər verir ki, Paşinyan bunu Vaşinqtonda Mirzoyan və Rubio-nun birgə bəyanatına şərh edərkən söyləyib.

Baş nazir qeyd edib ki, bu proses sülhün institusionallaşdırılması yolunda mühüm addımdır. O bildirib ki, iki ölkə arasında regional kanalların açılması, eləcə də Azərbaycanla Naxçıvan arasında əlaqələrin təmin edilməsi nəzərdə tutulduqda, Ermənistanın xarici dünyaya dəmir yolu ilə çıxışı daha tez təmin olunub, nəinki əvvəlcədən proqnozlaşdırılmışdı.

Baş nazir həmçinin vurğulayıb ki, İrəvan və Bakı arasında ikitərəfli ticarət artıq faktiki həyata keçirilib, bu da həm Ermənistan, həm də beynəlxalq ictimaiyyət üçün gözləniləndən daha sürətli baş verib.

Cavid, BakuPost
Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar