Ru
09:53 / 03 Oktyabr 2025

Azərbaycan şairlərinin əsərləri Belarusda nəşr olunan topluda yer alıb

Azərbaycan şairlərinin əsərləri Belarusda nəşr olunan topluda yer alıb
Eye

Belarus Respublikasında Böyük Qələbənin 80 illiyinə (II Dünya Müharibəsi, 41- 45-ci illər) həsr olunmuş “Великая победа – на века! поезия, проза, публисистика” (“Böyük Qələbə – əbədilik! poeziya, nəsr, publisistika”) toplusu nəşr olunub.

Bakupost.az xəbər verir ki, ideya müəllifi Belarus Yazıçılar İttifaqının Minsk şəhər bölməsi, tərtib edənlər: М.П.Поздняков, Е.А.Стельмах, Т.В.Ковальчукdur. Kitaba Belarus Milli ədəbiyyat mükafatı laureatı Елена Стельмах “…И плачут строки” (“...və sətirlər ağlayır”) adlı ön söz yazıb.

Topluya MDB ölkələrindən olan şair və yazıçıların əsərləri, o cümlədən, Azərbaycan şairləri: Sabir Rüstəmxanlının “Дети сорок шестого”, Nurəngiz Günün “Прощание с млечным путем” poemaları, Böyükağa Qasımzadənin “Песня атаки”, Əli Kərimin “Матери плачут” şeirləri də daxil edilmişdir. Müharibəyə həsr olunmuş şeirlər, poemalar, nəsr, publisistika əsərlərində göstərilən qəhrəmanlıqlar, ağrı, qürur hissləri əks olunub.

Əsərləri Azərbaycan Yazıçılar Birliyində Multikultural məsələlər üzrə məsul şəxs Xatirə Fərəcli təqdim edib.

Azərbaycan şairlərinin əsərləri Belarusda nəşr olunan topluda yer alıb
Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar