“Səbail” Türkiyə toplanışı çərçivəsində “Sakaryaspor”la keçirdiyi yoxlama matçında dava düşüb.
"Bakupost" “Qafqazinfo”ya istinadla xəbər verir ki, Azərbaycan klubu Boluda gərgin keçən matçın ikinci hissəsində xoşagəlməz hal yaşanıb.
Top uğrunda mübarizədən sonra “Səbail”in müdafiəçisi Kənan Quliyev rəqib futbolçunun boğazından yapışıb. Digər futbolçuların da araya girməsindən sonra kütləvi dava yaranıb.
Hətta hadisəyə polisin müdaxilə etdiyi bildirilib.
Matç 1:1 hesabı ilə başa çatıb.