Ru
14:13 / 20 Avqust 2026

Qızıl iki ayın zirvəsinə qalxdı

Qızıl iki ayın zirvəsinə qalxdı
Eye

Qızılın qiyməti 4 500 dolları keçərək iki ayın ən yüksək səviyyəsinə yaxınlaşıb.

“Bakupost” xəbər verir ki, ABŞ xəzinədarlığının uzunmüddətli istiqrazların geri alınmasına dəstəyi artıracağını açıqlaması qızılın bahalaşmasına təsir edib.

Spot qızılın qiyməti 4 512,19 dollar təşkil edib. Gün ərzində qiymət 4 525,79 dollara yüksələrək iyunun 2-dən bəri ən yüksək səviyyəyə çatıb.

ABŞ dollarının zəifləməsi də qızılı digər valyutalarla alış edən investorlar üçün daha cəlbedici edib.

ABŞ-nin ümumi borcunun ilk dəfə 40 trilyon dolları keçməsi isə büdcə kəsiri və maliyyə böhranı ilə bağlı narahatlıqları artırıb.

Federal Ehtiyat Sisteminin (FES) son iclasının protokollarında inflyasiyanın 2 faiz hədəfinə enməməsi halında bəzi rəsmilərin faiz artımına hazır olduğu bildirilib.

Vüsalə Hüseynova,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar