Ru
22:57 / 03 İyul 2020

Azərbaycan vətəndaşı Gürcüstanda qətl törətdi

Azərbaycan vətəndaşı Gürcüstanda qətl törətdi
Eye

Gürcüstanın Dmanisi rayonunda qətl törədilib

"BakuPost" xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyindən bildirilib.

İstintaqla müəyyən olunub ki, 38 yaşlı şəxs 2000-ci il təvəllüdlü tanışı ilə mübahisə zamanı onu bıçaqla yaralayaraq hadisə yerindən qaçıb. Yaralı xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisəni törədən şəxsin Azərbaycan vətəndaşı olduğu bildirilir. O, qətldən dərhal sonra “isti izlər”lə saxlanıb.

Polis soyuq silahı maddi sübut kimi müsadirə edib. Saxlanmış şəxs günahını etiraf edib.

Faktla bağlı Cinayət Məcəlləsinin qəsdən adam öldürmə maddəsi üzrə cinayət işi açılıb. Saxlanmış şəxsi 7 ildən 10 ilədək həbs cəzası gözləyir.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar