Ru
22:46 / 26 Noyabr 2019

Azərbaycan Xalq Hərəkatında dava düşdü - VİDEO

2249
Azərbaycan Xalq Hərəkatı növbəti toplantısını keçirib.

BakuPost-un Musavat.com-a istinadən məlumatına görə, Azərbaycan Liberal Demokrat Partiyasının qərargahında keçirilən toplantıda hərəkatın üzvü İsgəndər Həmidovun qurumdan uzaqlaşdırılması məsələsi müzakirə olunub. Bu zaman toplantının canlı yayımlanması ilə bağlı fikir ayrılığı yaşanıb. Bu məsələ səsverməyə qoyularkən insident baş verib. İdarə heyəti üzvlərindən biri İ.Həmidovla telefon əlaqəsi yaradaraq ondan toplantının canlı yayımlanması ilə bağlı mövqeyini soruşub. Eks nazir canlı yayına qarşı çıxıb və bu zaman səsvermə keçirilib.

Toplantıda iştirak edən Ann TV-nin əməkdaşı Nurlan Cəfəri səsvermə zamanı saxtakarlığa yol verildiyini iddia edərək, duruma müdaxilə edib. İnsident məhz bu dəqiqədən sonra başlanıb. İdarə Heyəti üzvlərindən biri jurnalistə qarşı kobud ifadələr sərf edib. Gələcək Azərbaycan Partiyasının rəhbəri Ağasif Şakiroğlu ilə jurnalistə təzyiq edən şəxs arasında insident yaşanıb. Tərəfləri çətinliklə aralayıblar. A.Şakiroğlunun qışqıraraq "İsgəndər Həmidov gəlsin, aldığı pulların hesabını versin!" sözləri dartışmanı daha da alovlandırıb.

Toplantının gedişində daha bir qalmaqal isə tədbiri işıqlandıran jurnalistlərlə idarə heyəti üzvləri arasında yaşanıb. Özünü Qarabağ müharibəsi iştirakçısı adlandıran idarə heyəti üzvü çəkiliş aparan jurnalistlərə təzyiq göstərib, əlindəki çəliklə onların üstünə gəlib və fiziki xəsarət yetirmək istəyib. İnsident zamanı tərəflər bir-birinə ağır söyüş və təhqirlər ünvanlayıblar.

Sözügedən qalmaqallı toplantının videogörüntülərini təqdim edirik:


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər