Ru
16:05 / 05 Mart 2026

Azərbaycana hücumu onlar edib - İran ordusu

Azərbaycana hücumu onlar edib - İran ordusu
Eye

İran İslam Respublikası bütün ölkələrin, xüsusən də müsəlman və qonşu ölkələrin suverenliyinə hörmətlə yanaşaraq, silahlı qüvvələrin Azərbaycan Respublikasına PUA hücumunu inkar edir.

Bakupost.az xəbər verir ki, bu barədə “Tasnim” agentliyi İran Silahlı Qüvvələrinin Baş Qərargahına istinadla məlumat yayıb.

“Saxta sionist rejimin (İsrail nəzərdə tutulur - red) müsəlman ölkələri arasında münasibətləri müxtəlif yollarla pozmaq üçün bu cür hərəkətləri misli görünməmiş gedişdir və aparılan araşdırmalara görə, həmin rejim tərəfindən İran İslam Respublikasını ittiham etmək üçün belə bir addım atılıb”, - məlumatda bildirilib.

Qeyd edək ki, Naxçıvan aeroportuna İran PUA-ları tərəfindən edilən hücum zamanı terminal və uçuş-eniş zolağı zədələnib, yaxınlıqdakı orta məktəbə ciddi ziyan dəyib, ümumilikdə 4 nəfər xəsarət alıb.

SEPAH-a bağlı Teleqram kanalları hücumun məqsədli şəkildə edildiyini yazıb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar