Azərbaycanda "Aİ-95” premium markalı benzin yenidən bahalaşıb.
Bakupost.az -a daxil olan məlumata görə, hazırda "Aİ-95” markalı benzin 2 manata satılır. Bu isə 40 qəpik bahalaşma deməkdir.
Qeyd edək ki, Azərbaycanda Aİ-95 markalı
benzinin bahalaşacağı gözlənilirdi. Ekspertlər bildirirdilər ki,Azərbaycan Aİ-95 markalı benzin istehsal etmir, xaricdən alır, dünyada Aİ-95-in qiyməti qalxdığına görə, ölkəmizdə də həmin növ yanacağın qiymətinin artmalıdır.
Həmçinin bir neçə saat öncə Ümid partiyasının sədri İqbal Ağazadə də bu barədə “Facebook” hesabında paylaşım edib. O, bu gecə Tarif Şurasının benzinin qiymətini qaldıracağını bildirib.
Aysel
Baku Post
Azərbaycan xaricdən benzin almır.Rumınıyadakı NEZ bizimkidir.Xam neft aparılıb orda emal olunur.Sadəcə,hər şeyi bahalaşdırmaqla hakimiyyət əhalinin vəziyyətini ağırlaşdırır.Ancaq hələ kimsə xalqdan oğurladıqlarına sahib ola bilməyib.Musa peyğəmbəri yada salın.Fironun ehsanları azaltması onun sonunu gətirdi.