Ru
16:49 / 04 Noyabr 2026

Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq

Azərbaycanda bu internetin aylığı  2 min manat olacaq
Eye

Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən göstərilən xidmətlərin tarifləri təsdiqlənib.


"Bakupost" Trend-ə istinadla xəbər verir ki, bununla bağlı Xidmətin Kollegiyası qərar qəbul edib.

Qərarla internet, “Tetra” xüsusi radiorabitə, xüsusi rabitə, “AzStateNet” fiber-optik şəbəkəsindən istifadə və digər xidmətlərin, həmçinin qeyri-büdcə təşkilatları üçün korrespondensiyaların çatdırılması tarifləri müəyyənləşdirilib.

İnternet xidmətləri üzrə kanal tutumundan asılı olaraq hər 1 Mb/s üçün aylıq tarif 10–16 manat təşkil edir. “Tetra” xüsusi radiorabitə sisteminə qoşulma haqqı isə 80 manat müəyyən edilib.

“AzStateNet” şəbəkəsində aylıq qoşulma tarifləri 100 Mb/s sürətli Ethernet port üçün 300 manat, 1000 Mb/s üçün 600 manat, 10000 Mb/s üçün 2000 manatdır.

Tariflər ƏDV-siz göstərilib.

Qərar Hüquqi Aktların Dövlət Reyestrinin elektron variantında dərc edildiyi gündən qüvvəyə minir.

Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar