Ru
13:39 / 20 Yanvar 2026

Azərbaycanda bu yağlar bahalaşdı - FOTO

Azərbaycanda bu yağlar bahalaşdı - FOTO
Eye

Azərbaycanda satışda olan duru yağların (günəbaxan və qarğıdalı) əksəriyyəti bahalaşıb.

Bakupost.az Qaynarinfo-ya istinadən xəbər verir ki, bahalaşma ən çox Türkiyənin istehsalı olan yağlarda müşahidə edilir.

Bu gündən Türkiyənin istehsalı olan 1 litrlik "Kırlangıç" duru yağının (qarğıdalı) qiyməti 7,4 manat olub. Bir ay əvvəl bazarda sözügedən yağın qiyməti 5.6-6.6 manat arasında dəyişirdi.

Sözügedən yağın 2 litrinin qiyməti isə 14,4 manata yüksəlib. Bir ay əvvəl bazarda bu çəkidə olan sözügedən brendə məxsus yağ 10,9-13,6 manat arasında dəyişirdi.



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar