Ru
01:42 / 02 Avqust 2020

Azərbaycanda ölümlə nəticələnən qəzanın görüntüləri - ANBAAN VİDEO

3611
İki gün öncə Ağdaşda baş verən yol-nəqliyyat hadisəsinin görüntüləri yayılıb.

Hadisə zamanı “Hyundai” və “VAZ 2106” markalı avtomobillər toqquşub.


Görüntülərdə “VAZ”ın sola dönmə əməliyyatını yerinə yetirdiyi, bu zaman arxadan gələn “Hyundai” markalı avtomobilin ona çırpılması əks olunub.

Qeyd edək ki, zərbənin təsirindən “Hyundai” yoldan çıxaraq aşıb, sürücüsü, Göyçay rayon Bığır kənd sakini, 1975-ci il təvəllüdlü Qafurov Siyavuş German oğlu ölüb.

“VAZ”ın sürücüsü Göyçay sakini, 1973-cü il təvəllüdlü Hüseynov Habil Nəsib oğlu isə xəsarət alaraq, xəstəxanaya yerləşdirilib.

Həmin görüntüləri təqdim edirik:

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər