Ru
23:32 / 22 Sentyabr 2021

Azərbaycanda payız fəsli başladı

1414
Azərbaycana payız fəsli daxil olub.

Bakupost.az -ın məlumatına görə, payız ölkəyə sentyabrın 22-si saat 23:21:00-da qədəm qoyub.

Bu zaman gecə ilə gündüz bərabərləşir. Günəş ekliptika üzrə hərəkət edərək ekvatoru kəsərək şimal yarımkürəsindən cənub yarımkürəsinə keçir və həmin andan Şimal yarımkürəsində payız fəsli başlayır.

Qeyd edək ki, Azərbaycana qış fəsli isə 21 dekabr saat 19:59:00-də gələcək. Bu zaman Yerin fırlanma oxu Günəş istiqaməti ilə ən böyük bucaq əmələ gətirir və ya Günəş həmin gün üfüqdən minimum hündürlükdə (26⁰.2) olur. Həmin gün ən qısa gündüz və ən uzun gecə olur. Gündüzün uzunluğu 9 saat 17 dəq. 22 san, gecənin uzunluğu isə 14 saat 42 dəq. 38 san olacaq.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər