Ru
22:46 / 14 Dekabr 2019

Azərbaycanda polkovnik həbs edildi

4527
Beyləqan Rayon Polis Şöbəsi Azərbaycan ordusunun məşhur polkovniki Qadir Vəlişovu xuliqanlıq ittihamı ilə həbs edib.

BakuPost-un
məlumatına görə, bu barədə Gununsesi.org-a polkovnikin yaxınları bildirib.


Xatırladaq ki, 1986-cı ildə hərbi məktəbi bitirən Q.Vəlişov Əfqanıstan müharibəsində döyüş yolu keçib.

Qarabağ müharibəsi başlayan ilk gündən Azərbaycan Silahlı Qüvvələrində xidmət keçib,1994-cü ildə Füzuli istiqamətində ağır yaralanıb,1 il müalicə alandan sonra yenidən xidmətə qayıdıb. 15 ilə yaxın hərbi hissə komandiri işləyən polkovnik 2016-cı il aprel döyüşlərində də Talış istiqamətində snayper atəşi və minamyot partlayışından ağır yaralanıb. 8 aydan sonra yenidən xidmətə qayıdaraq, N saylı korpusda Döyüş hazırlığı şöbəsinin rəisi olub.


Daha sonra Naxcıvanski adına Hərbi liseyə rəis müavini təyin edilən Q.Vəlişov bir müddət rəis vəzifəsini də icra edib. Q.Vəlişov 6 ay öncə təxris olunub.


Şərhlər
  • Talib Memmed

    Qudurğanliq da bir yerə kimi Bunun kimiler coxdur.Geyinibler eyinlerine polis geyimini ele bilirler alçaq dağları bunlar yaradib. DİN bu cür xuliqanlardan temizlenmelidir.

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər