Ru
20:30 / 08 Noyabr 2019

Azərbaycanda qanunsuz ov edən ərəblər saxlanıldı

Azərbaycanda qanunsuz ov edən ərəblər saxlanıldı
Eye

"İki gün əvvəl Mahmudçala Ovçuluq Təsərrüfatında iki Küveyt vətəndaşı ov qaydalarının pozulmasına görə saxlanılıb".

BakuPost-un məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin direktoru Hikmət Əlizadə deyib.

O bildirib ki, ərəblərin hər biri qanunvericilik çərçivəsində 2000 manat cərimələnib: "Onların ölkədən çıxarılması və ya gələcəkdə ölkəyə səfərinin qarşısının alınması ilə bağlı Dövlət Miqrasiya Xidmətinə müraciət edilib".


H.Əlizadə həmçinin xatırladıb ki, qanunsuz ov faktları payız-qış aylarında daha çox olur.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar