Qusarda süni göldə batan gəncin meyiti tapıldı - YENİLƏNİB

  • 22 İyl 2019 09:31
  • 747 Baxış
Qusarda süni göldə batan gəncin meyiti tapıldı -  YENİLƏNİB

Qusar rayonunda süni göldə batan 1997-ci il təvəllüdlü Bağırov Adiq Yavər oğlunun axtarışları başa çatıb.




Bakupost FHN-ə istinadən xəbər verir ki, A.Bağırovun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
***

Qusarda bir nəfər göldə batıb.




Fövqəladə Hallar Nazirliyindən Bakupost-a verilən xəbərə görə, "112” qaynar telefon xəttinə Qusar rayonununda süni göldə bir nəfərin batması barədə məlumat daxil olub.




Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.




Əlavə məlumat veriləcək.