Ru
11:34 / 22 May 2019

Azərbaycanda yeni Dəmir yolu xətti tikilir

2086
"Sürətli qatarların çəkilməsi ilə bağlı digər bölgələrdən – Quba-Qusar, Lənkərandan tələbat var".


Bakupost xəbər verir ki, bunu "Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov AzTV-nin "Günün nəbzi” verilişində bildirib. 


Onun sözlərinə görə, şimal zonasında bu infrastrukturu qurulması üçün maliyyə vəsaiti ayrılıb. Hazırda "Şahdağ” kurortuna da dəmir yolunun layihələndirilməsi başa çatdırılır.


"Lənkəranda isə torpaqalma işlərini həyata keçiririk və demək olar ki, bu işlər başa çatdırılıb, layihələndirmə işi gedir. Bu işlərdən sonra Dünya Bankından maliyyə cəlb olunması üçün işlərə başlayacağıq. Lənkəranın qoruqdan sonra olan dəniz tərəfində çox böyük turizm potensialı var", - C.Qurbanov vurğulayıb.


Onun sözlərinə görə, Rusiyaya, Yalamaya qədər olan hissəyə isə Asiya İnkişaf Bankı tərəfindən kredit ayrılıb. "Hazırda danışıqlar gedir, şirkətlərin seçilməsi ilə məşğuluq. Gələn ildən buranın inşasına başlayacağıq”, - QSC-nin sədri bildirib.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər