“Rusiya yaxınlarda Azərbaycan üzərindən Ermənistana yalnız taxıl deyil, həm də digər mallar, xüsusilə gübrələr tədarük etməyi planlaşdırır”.
Bakupost.az xəbər verir ki, bunu “Rossiya 24”ə Rusiya Baş nazirinin müavini Aleksey Overçuk bildirib.
"Yaxınlarda çox önəmli bir hadisə baş verdi – Azərbaycan və Gürcüstan ərazisindən keçən ilk rus taxılı qatarı Ermənistana çatdırıldı. Yəni 30 ildən artıq bir müddətdə - Ermənistanla Azərbaycanın müstəqil mövcudluğu dövründə ilk dəfə olaraq belə bir hadisə baş verdi. Bu, rus taxılı idi, sonra Qazaxıstan taxılı da keçdi və biz bu xəttlə digər yük növlərini, eləcədə gübrə gönərilməsi imkanlarını müzakirə edirik”, – Overçuk deyib.
O əlavə edib ki, Azərbaycan eyni zamanda Ermənistana öz neft məhsullarını göndərilib.
Ovürçukun sözlərinə görə, Rusiya və Ermənistan erməni idxalını artırmaqla iki tərəfli tədarükün genişləndirilməsini müzakirə edirlər: “Məqsəd Azərbaycan ərazisi vasitəsilə Ermənistandan Rusiyaya geri yükləmənin təmin edilməsidir”.
Rusiya yeni dəmir yolu marşrutu ilə Ermənistana ilk taxıl partiyasını 2025-ci ilin noyabr ayının əvvəlində göndərib. Bu, min ton III dərəcəli buğda olub.
“Ermənistan ildə təxminən 450–500 min ton taxıl idxal edir və bunun əksəriyyəti Rusiyadan gəlir. Əvvəllər ixrac əsasən, quru sərhəddən avtomobil nəqliyyatı, həmçinin Gürcüstan limanları vasitəsilə həyata keçirilirdi. Yeni marşrut Azərbaycan və Gürcüstan ərazisindən keçməklə nəqliyyat xərclərini azaltmağa və tədarükün dayanıqlığını artırmağa imkan verir”, – deyə Rusiya Kənd Təsərrüfatı Nazirliyindən bildirilib.
Cavid, BakuPost