Ru
15:35 / 29 Noyabr 2020

“Azərbaycanın suverenliyini dəstəkləyirik” - Ukrayna XİN

1538
“Ukrayna daimi olaraq Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir, Dağlıq Qarabağ münaqişəsinin həllinə mövcud olan beynəlxalq hüquq nöqteyi-nəzərdən yanaşır.

“BakuPost” xəbər verir ki, bunu Ukrayna Xarici İşlər naziri Dmıtro Kuleba “Anadolu” agentliyinə müsahibəsində deyib.

“Mən hesab edirəm ki, əldə olunan razılığa gətirib çıxaran son gərginləşmənin verdiyi əsas dərs odur ki, dünyada dondurulmuş və ya həlli uzanan münaqişələr yoxdur. Hər münaqişə, ilk baxışdan nə qədər sakit və ya unudulmuş kimi görünsə də, hər an kəskin bir qarşıdurmaya çevrilərək dünya KİV-də başlıqlara çıxa bilər.

Bu bizim üçün çox vacibdir, çünki biz Rusiyanın ölkəmizə qarşı təcavüzü ilə mübarizə aparırıq. Krım Rusiya tərəfindən ilhaq edilib. Əsgərlərimiz hələ də ölkənin şərqində həlak olur. Bu aşağı intensivli münaqişə olsa da, münaqişədir. Deməli, heç bir şey unudulmamalıdır”-deyə, nazir bildirib.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər