Ru
10:55 / 25 Noyabr 2025

Azərbaycanla sərhəddə güclü yanğın – 340 yanğınsöndürən, helikopter və PUA alovu söndürə bilmir

Azərbaycanla sərhəddə güclü yanğın – 340 yanğınsöndürən, helikopter və PUA alovu söndürə bilmir
Eye

Ermənistan noyabrın 21-də Azərbaycanla sərhəd yaxınlığında başlayan yanğının söndürülməsinə 340-dan çox yanğınsöndürən cəlb edib. Alovla mübarizə üçün helikopter və pilotsuz uçuş aparatlarından (PUA) da istifadə olunur.

Bakupost.az erməni KİV-ə istinadən xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Çəmbərək şəhəri ilə Ttudjur kəndi arasında, İrəvandan 125 kilometr məsafədə dağın ətəyində baş verən yanğını söndürmək üçün polis və patrul xidmətlərinin əməkdaşları, eləcə də yaxın kəndlərin sakinləri köməklik göstərir.

Yanğını indiyə qədər söndürmək mümkün olmayıb. Hazırda 343 yanğınsöndürən, 6 ədəd texnika və Müdafiə Nazirliyinin (MN) helikopteri prosesə cəlb olunub. Hətta PUA-lardan da istifadə edilir.

Yanğının söndürülməsi üçün 4 gün ərzində ümumilikdə 1194 şəxs, 100-dən çox texnika və Ermənistan Müdafiə Nazirliyinin helikopteri çalışıb. Sözügedən helikopter kəşfiyyat məqsədilə və su atmaq üçün 23 uçuş həyata keçirib.

Cavid, BakuPost
Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar