Ru
10:51 / 25 Sentyabr 2019

Azərbaycanlı aktyor vəfat etdi - Xərçəng xəstəliyindən

2147
Rusiyanın Moskva vilayəti, Serpuxov Şəhər Musiqili Dram Teatrının aktyoru Ramil Əzimov vəfat edib.

BakuPost.az-ın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, 41 yaşlı aktyor onkoloji xəstəlikdən əziyyət çəkirdi.

Aktyorla vida mərasimi bu gün Serpuxov Şəhər Musiqili Dram Teatrında keçiriləcək. Mərhum Bakıda dəfn olunacaq.

Ramil Əzimov 1978-ci ildə Bakıda anadan olub. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru kimi səhnə həyatına başlayan R.Əzimov 2005-ci ildən Rusiyada fəaliyyət göstərirdi.

Ailəlidir, üç uşağı var.

Allah rəhmət eləsin.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər