Ru
21:50 / 02 Noyabr 2025

Azərbaycanlı blogerin Rusiyadakı mənzili müsadirə edildi

Azərbaycanlı blogerin Rusiyadakı mənzili müsadirə edildi
Eye

Azərbaycanlı bloger Subonun (Sübhan Məmmədov - red.) Rusiyadakı mənzili vergi borclarına görə müsadirə edilib.

Bakupost.az "Unikal"a istinadla xəbər verir ki, bu barədə "Mash" Teleqram kanalı məlumat yayıb.


Sübhan axtarışa verildikdən və Rusiyanı tərk etdikdən sonra Odintsovodakı iki otaqlı mənzil ən azı iki aydır ki, boşdur.

10 milyon rubl dəyərində olan 60 kvadratmetrlik mənzil müsadirə ediləcək və 91 milyon rubl vergi borcunun bir hissəsini ödəmək üçün satılacaq. Subo bu ilin fevralından Rusiya vətəndaşlığından məhrum edilib. O, vergidən yayınma və çirkli pulların yuyulması ittihamı ilə axtarışdadır. Hazırda BƏƏ-də yaşadığı bildirilir.

Qeyd edək ki, hesablamalara görə, Subo reklamdan ayda 100.000 dollara qədər pul qazanır.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar